"Ukraynanın müharibədə qalib gəlməsi üçün daha çox artilleriya, zirehli texnika və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. İndi hərbi dəstəyimizi ikiqat artırmağın vaxtıdır".
"Unikal" xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Rişi Sunak Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
"Böyük Britaniya Ukraynanı uzaqmənzilli silahlarla təmin edən ilk ölkə olacaq. Və buna görə də biz müttəfiqlərimizlə birlikdə Ukraynanı ən qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təmin etmək və onların hava qüvvələrini qurmaq üçün çalışırıq", - Sunak vurğulayıb.
O, həmçinin bildirib ki, Böyük Britaniya istənilən ölkəyə Ukraynanın hazırda istifadə edə biləcəyi təyyarələrlə təmin olunmasına kömək etməyə hazırdır.
Ağarza Elçinoğlu