Hollandiya ölkədə çalışan rus diplomatlarının sayını məhdudlaşdırmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə fevralın 18-də Hollandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Beləliklə, Rusiya diplomatlarının bir hissəsi iki həftə ərzində Hollandiyanı tərk etməli olacaq.
"Nazirlər Kabineti Rusiyanın Haaqadakı səfirliyində Hollandiyanın Moskvadakı səfirliyindən artıq ikitərəfli diplomat ola bilməyəcəyinə qərar verdi. Buna görə də bir sıra rusiyalı diplomatlar Hollandiyanı tərk etməli olacaqlar", - məlumatda deyilir.
Bundan əlavə, Sankt-Peterburqdakı Baş Konsulluğun işçi çatışmazlığı səbəbindən müvəqqəti bağlanacağı, Rusiyanın Amsterdamdakı ticarət nümayəndəliyinin də bağlanacağı bildirilir.
Ağarza Elçinoğlu