Qırğızıstan prezidenti Sadır Japarov respublikanın bütün keçmiş başçıları - Askar Akayev, Kurmanbek Bakiyev, Roza Otunbayeva, Almazbek Atambayev və Sooronbai Jeenbekovu toplayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində açıqlayıb.
Dövlət başçısı sosial şəbəkədə yazıb: "Mən keçmiş prezidentləri bir masa arxasına topladım".
Lakin o, bu görüşün harada və nə vaxt keçirildiyini açıqlamayıb.
Japarovun sözlərinə görə, respublika hakimiyyət uğrunda əbədi mübarizəyə görə ahəngdar inkişaf edə bilmir, ona görə də Orta Asiyanın bir küncündə qalır. O hesab edir ki, belə bir görüşün keçirilməsi ölkə əhalisinin konsolidasiya edilməsi baxımından vacibdir.
"Biz hamını birləşdirərək xalqın gələcəyini düşünməliyik", - Japarov deyib.
Qırğızıstan lideri qeyd edib ki, eks-prezidentlər onun bir yumruqda birləşmək təşəbbüsünü dəstəkləyiblər. Onun sözlərinə görə, onlar da öz gileylərindən danışıb, səhvlərini etiraf edib, bir-birlərini bağışlayıblar.
Ağarza Elçinoğlu