Yaponiya və ABŞ aviasiya sahəsində birgə təlim keçirib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə təlimlərə 9 döyüş təyyarəsi cəlb edilib.
Təlimlərin Şimali Koreyanın qitələrarası ballistik raket buraxmasına cavab xarakteri daşıdığı bildirilir.
Qeyd edək ki, dünən Şimali Koreya “Hvason-15” raketini şərti hədəfi məhv etmək üçün buraxıb və raket Yaponiyanın 200 kilometrliyində okeana düşüb.