“Türkiyədə hərbçi ailələrinin zəlzələdən zərər çəkmələri məni dərindən təsirləndirdi”

“Unikal” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken tviter hesabında yazıb.

“Türkiyədə hərbçi ailələrin zəlzələdən zərər çəkmələrini eşitmək məni dərindən təsirləndirdi və onların dözümlülük və gücləri ilhamlandırdı. Türkiyəni NATO üzvü hesab etməyimlə fəxr duyuram”, - ABŞ dövlət katibi qeyd edib.

Fevralın 19-da ABŞ-nin dövlət katibi Türkiyəyə səfərə gəlib. Diplomatı ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb.

Qeyd edək ki, Çavuşoğlu və Blinken Kahramanmaraş zəlzələlərdən zərər çəkmiş bölgələrdə araşdırma aparmaq üçün Hatay şəhərində olub.

Dövlət katibinin bu gün və sabah bir sıra görüşlər keçirəcəyi, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcəyi nəzərdə tutulur.

Fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.

Son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 40 min 689-a çatıb.

19:01

ABŞ-nin dövlət katibi Entoni Blinken Türkiyəyə səfərə gəlib.

"Unikal" xəbər verir ki, dövlət katibinin təyyarəsi Adanadakı İncirlik bazasına enib. Diplomatı ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb.

Daha sonra Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə helikopterlə havadan zəlzələ bölgəsinə baxış keçirib.

Dövlət katibinin bu gün və sabah bir sıra görüşlər keçirəcəyi, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcəyi bildirilib.

Qeyd edək ki, bu, E.Blinkenin dövlət katibi kimi Türkiyəyə ilk səfəridir.