Ağ Ev yaxın vaxtlarda ukraynalı pilotlara F-16 qırıcılarını idarə etmək üçün təlimlərin başlanacağını elan edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrem bildirib.
“Əminəm ki, biz Vaşinqtona qayıtdıqdan sonra administrasiya ukraynalı pilotlara F-16-nı idarə etmək üçün təlim keçmək barədə qərar qəbul edəcək”, - senator Münhen Təhlükəsizlik Konfransına səfəri zamanı deyib.
Daha əvvəl NATO -nun Avropadakı baş komandanı Kristofer Kavoli F-16 döyüş təyyarələri, pilotsuz təyyarələr və uzaq mənzilli raketlərin tədarükü ilə Ukraynaya kömək edəcəyini bildirmişdi .
Ukrayna rəsmiləri ABŞ Konqresinin üzvlərini Kiyevə F-16 qırıcıları göndərmək üçün prezident Co Baydenin administrasiyasına təzyiq göstərməyə çağırıblar .