Aktyor Riçard Gir ailəsi ilə Meksikada tətildə olarkən xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, həkimlər ona pnevmoniya diqnozu qoyub.
Mənbənin məlumatına görə, Meksikada Gir həyat yoldaşı Aleksandranın ad gününü qeyd edib, cütlüyün uşaqları da orada olub.
Xəstəxanaya yerləşdirildikdən bir gün sonra aktyor evə buraxılıb. Xanımı paylaşım edərək bildirib ki, "ailə 3 həftədir soyuqdəymədən əziyyət çəkir" - deyə qeyd edib.