Avstraliyanın Cənubi Kvinslend Universitetinin professoru və onun iki aspirantı bazar ertəsi Papua-Yeni Qvineyada qaçırılıb.
"Unikal" xəbər verir ki, bu barədə ABC yayım korporasiyası məlumat yayıb.
Bildirilir ki, bir qrup avstraliyalı alim Papua-Yeni Qvineyanın ucqar kəndlərindən birində silahlı şəxslər tərəfindən girov götürülüb.
Onların azadlığa çıxmaları üçün fidyə tələb edilir.