Türkiyənin Şanlıurfa şəhərində qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

***13:23

Türkiyənin Şanlıurfa şəhərində güclü partlayış olub. 

"Unikal" xəbər verir ki, hadisə Bahçelievler məhəlləsində 7 mərtəbəli binanın girişindəki iş yerində baş verib. 

Məlumata görə, təbii qazın partlaması nəticəsində  xəsarət alanlar var. 

Faktla bağlı araşdırma aparılır. 

Ağarza Elçinoğlu