Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Hatayın Defne və Samandağ rayonlarında baş verən yeni zəlzələlərlə bağlı tviter hesabında paylaşım edib.
"Unikal" xəbər verir ki, paylaşımda deyilir:
"Ağrımız təzə ikən Hatayda baş verən və ətraf şəhərlərimizdə də hiss olunan zəlzələ xəbəri məni çox kədərləndirdi. Bütün zərər çəkmiş vətəndaşlarımıza ən xoş arzularımı göndərirəm. İnşallah, can itkisi olmaz. Xəsarət alan vətəndaşlarımıza tezliklə şəfa diləyirəm".
Acımız tazeyken #Hatay'da meydana gelen ve çevre illerimizden de hissedilen deprem haberinden derin bir üzüntü duydum.
— Emine Erdoğan (@EmineErdogan) February 20, 2023
Etkilenen tüm vatandaşlarımıza geçmiş olsun dileklerimi iletiyorum.
Can kaybı olmamasını ümit ediyor, yaralanan vatandaşlarımıza acil şifa diliyorum.