Burkina-Fasoda orduya qarşı törədilən terror aktı nəticəsində 51 əsgər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Burkina-Faso hökuməti yazılı açıqlama yayıb.
Bildirilir ki, ölkənin Oudalan bölgəsində yerləşdirilən əsgərlərə təşkil edilən terror hücumunda 51 əsgər həyatını itirib.
Əsgərlərlə terrorçular arasında baş verən qarşıdurmada isə 60 terrorçu zərərsizləşdirilib.
Qonşu Malidəki Əl-Qaidə və İŞİD-ə bağlı terror qrupları 2015-ci ildən bəri Burkina-Fasonun şimalında və şərqində tez-tez hücumlar həyata keçirir.
Hökumətin məlumatlarına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına kimi hücumlarda 600-ü təhlükəsizlik qüvvələri olmaqla 2000 nəfər həlak olub.