Hatayda baş verən 6,4 bal gücündə zəlzələ zamanı təşviş keçirən əslən Suriyadan olan Culya Keykuni adlı qadın böyük qorxu ilə özünü çölə atıb.
"Unikal" xəbər verir ki, Nəticədə hamiləliyin 34-cü həftəsində olan qadının doğum sancısı başlayıb.
22 yaşlı Keykuni yarım saat sonra səhra xəstəxanasında ikinci övladı olan qızını dünyaya gətirib. Ana və körpənin vəziyyətlərinin yaxşı olduğu bildirilib.