Türkiyənin İstanbul şəhərində üçmərtəbəli bina naməlum səbəbdən çöküb. 

"Unikal" xəbər verir ki, Fatih məhəlləsində yerləşən binanın uçması təlafata səbəb olmayıb. 

 Hadisə yerinə çox sayda yanğınsöndürən, səhiyyə və polis qüvvələri göndərilib. 

Məlum olub ki, bina uzun müddətdir tərk edilib.

Ağarza Elçinoğlu