İranın Fars ostanının Laristan şəhristanında 5,5 maqnitudalı zəlzələ olub.
"Unikal" IRNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 11 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 05:11-də qeydə alınıb.
Dağıntılar və tələfat barədə məlumat verilməyib.