Türkiyənin Malatya vilayətində daha bir zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 23:36-da baş verən yeraltı təkan 4,1 bal gücündə, 7 kilometr dərinlikdə qeydə alınıb.