Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsi olan Kahramanmaraşın Elbistan, Afşin və Malatyanın Doğanşehir rayonlarını ziyarət edib. 

"Unikal" Türkiyə KİV-lərinə istinadən bildirir ki, Ərdoğan AFAD-ın Elbistandakı Şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində çıxış edib. 

***14:25

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş verən 7,6 ballıq zəlzələnin episentri olan Kahramanmaraşın Elbistan rayonuna gedib. 

"Unikal" xəbər verir ki, Ərdoğanı MHP sədri Dövlət Baxçalı və BBP sədri Mustafa Destici müşayiət edirlər. 

Türkiyə lideri Esenboğa hava limanından zəlzələ bölgəsinə yola düşüb. Ərdoğan Elbistandan sonra Kahramanmaraşın Afşin və Malatyanın Doğanşehir rayonlarında zəlzələ qurbanları ilə görüşəcək, zəlzələdən sonra aparılan işlərlər tanış olacaq. 

Ağarza Elçinoğlu