"Sülh müqaviləsi ilə bağlı bizim variantımız Azərbaycana çatdırılıb, amma hələ cavab almamışıq, çünki belə bir sənədi alanda cavabın formalaşdırılması müəyyən vaxt tələb edir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Baş nazirin sözlərinə görə, indiyə qədər sülh sazişi üzərində üç dəfə düzəlişlər edilib: "Biz bu istiqamətdə işi davam etdirməliyik. Üzbəüz görüşlərdən asılı olmayaraq sənədləşmə işləri də aparılır. Biz bu yaxınlarda Azərbaycan tərəfinə sərhədin demarkasiyası üzrə komissiyanın iş reqlamentinin layihəsini təqdim etmişik və onun cavabını gözləyirik".
Paşinyan qeyd edib ki, Ermənistanın əvvəllər kommunikasiyaların açılması, sərhəd təhlükəsizliyi ilə bağlı verdiyi təkliflər qüvvədə qalır.
Ağarza Elçinoğlu