Dünya bazarında dollar qıtlığı səbəbindən böhran yaşanır.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" agentlində dərc olunan məqalədə bildirilib.
Agentlik bir sıra ölkələrdə yaşanan iqtisadi problemləri nümunə gətirib. Qeyd olunub ki, Şri-Lankada xəstəxanalar əməliyyatlarını təxirə salır, Nigeriyada beynəlxalq uçuşlar dayandırılır, Pakistanda avtomobil zavodları bağlanır, bütün bunlar dollar qıtlığı səbəbindən baş verir.
Bir sıra ölkələrin iqtisadiyyatında problemlər daha da pisləşib. Bu cür tendensiya pul menecerlərini investisiyaların ayrılması zamanı ehtiyatlı davranmağa məcbur edəcək.
Məlumata görə, Banqladeşdə elektrik enerjisi istehsalçıları yaxınlaşan enerji böhranının qarşısını almaq üçün Mərkəzi Bankdan 1 milyard dollar tələb edirlər. Malavidə isə dərman, gübrə və dizel çatışmazlığı yaşanır.
Rusiya ilə Ukrayna arasında müharibə nəticəsində görülən tədbirlər dolların bahalaşmasına səbəb olub. Bloomberg yazır ki, buna görə bir çox ölkə iqtisadiyyatı böyük zərərə məruz qalıb.