"ABŞ Azərbaycan və Ermənistan arasında vasitəçi deyil, tərəfdaşdır".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistin Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı Moskvanın vasitəçilik rolunun vacibliyi ilə bağlı bəyanatı ilə bağlı sualını şərh edərkən bildirib.
"Biz özümüzü başqa vasitəçi təkliflərə məruz qoymayacağıq və əslində biz vasitəçi deyilik. Biz iki ölkənin tərəfdaşlarıyıq. Düşünürəm ki, biz həm sözdə, həm də əməldə iki ölkə ilə münasibətlərimizin xarakterini, iki ölkəni daha da yaxınlaşdırmaq bacarığımızı, Ermənistanla Azərbaycan arasında münasibətlərdə əlavə tərəqqiyə töhfə verməyə hazır olduğumuzu nümayiş etdirdik”.
O qeyd edib ki, Vaşinqton bunu “Moskva ilə rəqabət aparmaq üçün” etmir:
"Biz bunu bu iki ölkə arasında çoxdankı mübahisənin həllinə nail olmaq üçün edirik. Burada bizim marağımız sülh və təhlükəsizlikdir".
Gülayə Mecid