Ermənistanda intihar edən hərbçi Anrdanik Ohanyanın keçmiş müdafiə naziri, "Ermənistan" fraksiyasının lideri Seyran Ohanyanın qohumu olduğu üzə çıxıb.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, sevgilisi ilə mübahisə edərək ağacdan özünü asan əsgər eks-nazirin əmisinin nəvəsidir.
Hazırda hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün təxirəsalınmaz tədbirlər görülür.
Ağarza Elçinoğlu