Zəngəzurda Noraşen qəsəbəsinə gedən yolda "PAZ" markalı avtobusun qəzaya uğraması nəticəsində yaralananların sayı artıb.

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, qəzadan sonra 1 nəfər ölüb, 23 nəfər yaralanıb.

Qeyd edək ki, avtobus müəllim və tələbə heyətini daşıyırdı. 

***15:37

Zəngəzurun Qafan-Noraşen avtomobil yolunda ağır yol qəzası baş verib.

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, Aparadzor kəndinin ərazisində məktəbliləri daşıyan avtobus dərəyə aşıb. 

Məlumata görə, 15-dən çox yaralı xəstəxanaya çatdırılıb.

Qəzaya səbəb nəqliyyat vasitəsinin naməlum şəraitdə hərəkət zolağından çıxması olub. 

Ağarza Elçinoğlu