Almaniyanın Karlsrue şəhərində (Baden-Vürtemberq federal əyaləti) polis girov götürülməsi ilə əlaqədar genişmiqyaslı əməliyyat keçirir .

"Unikal" xəbər verir ki, girovların götürülməsi cümə günü günortadan sonra şəhərin mərkəzində baş verib, polis müvafiq xəbəri yerli vaxtla saat 16:45-də alıb. Girovların dəqiq sayı barədə məlumat verilmir.

Yerli media hazırda şəhərin mərkəzində çoxlu sayda polis əməkdaşının olduğunu yazır . Yarmarkaya yaxın ərazi mühasirəyə alınıb, konqres mərkəzinin yanındakı Ettlinger Strasse hər iki istiqamətdə bağlanıb.