Böyük Britaniya kralı III Çarlz Almaniyaya ilk dəfə dövlət səfəri edib.
"Unikal" Britaniya mətbuatına istinadən xəbər verir ki, monarxı Almaniya prezidenti Frank-Valter Ştaynmayer Brandenburq darvazasında təmtəraqla qarşılayıb.
Kralın ilk səfəri Fransaya olmalı idi, lakin orada davam edən nümayişlər səbəbindən səfər təxirə salınmalı olub.
O, həyat yoldaşı Kraliça Kamilla ilə Almaniyada üç günlük səfərdə olacaq.
Ağarza Elçinoğlu