ABŞ Dövlət Departamenti Rusiyadakı amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib.

"The Wall Street Journal" qəzetinin amerikalı jurnalisti casusluqda ittiham olunaraq həbs edildikdən sonra ABŞ bir daha vətəndaşlarına tövsiyə edib: "Açıq şəkildə bildirmək istərdim ki, ABŞ vətəndaşlarının Rusiya Federasiyasında olması təhlükəsiz deyil. Rusiyada yaşayan və ya səyahət edən bütün ABŞ vətəndaşları bizim son səyahət tövsiyəmizə uyğun olaraq dərhal ölkəni tərk etməlidirlər".

Dövlət katibi Entoni Blinken martın 30-da sözügedən jurnalistin həbsi ilə bağlı bəyanat yayıb və deyib ki, Dövlət Departamentinin əsas prioriteti ABŞ vətəndaşlarının xaricdəki təhlükəsizliyidir. O da həmçinin Rusiyadakı ABŞ vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

Ağarza Elçinoğlu