Böyük Britaniyanın tənzimləyici orqanı "TikTok" sosial şəbəkəsini uşaqların şəxsi məlumatlarından qeyri-qanuni istifadə etdiyinə görə təxminən 16 milyon dollar cərimələyib.
"Unikal" xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Bildirilir ki, İnformasiya Müvəkkili Aparatı (ICO) sanksiyanı şəxsi məlumatların mühafizəsi ilə bağlı bir sıra qanun pozuntularına, xüsusən də uşaq məlumatlarından sui-istifadə hallarına görə tətbiq edib.