Rusiyanın işğal etdiyi Donetsk vilayətinin Kramatorsk şəhərində su anbarının bəndi yarılıb.
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Qonçarenko məlumat verib.
"Bütün müvafiq yerli xidmətlər axını azaltmağa çalışır. Qəza nəticəsində Kramatorsk yaxınlığında bir çox evləri su basıb, bəzi yerli sakinlər təxliyə edilib", - deyə mer qeyd edib.
Qonçarenkonun sözlərinə görə, qəzaya səbəb mart ayında yağan qar olub.
Ağarza Elçinoğlu