İranın Məşhəd şəhərindəki "Məşhəd Elektrosteel" zavodunda güclü yanğın baş verib. 

"Unikal" İran KİV-ə istinadən xəbər verir ki, qaz çənlərinə keçən yanğın ard-arda partlayışlara səbəb olub. 

Hadisə yerinə 150-yə yaxın yanğınsöndürən, 60 yanğınsöndürən maşını və bir neçə suvarma tankeri cəlb olunub. Ynğının qarşısını almaq dörd saatdan sonra mümkün olub.

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. 

Ağarza Elçinoğlu