Norveç Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.
Məlumata görə, bu məhdudiyyətlər Aİ-nin 25 fevral 2023-cü ildə qəbul etdiyi onuncu sanksiyalar paketini əks etdirir. Norveç də bəzi dəyişikliklərlə bu sanksiyalara qoşulur. O cümlədən, krallıq Rusiyadan xam neft və neft məhsullarının idxalına qadağa və qiymət məhdudiyyətləri qoyub.
Ağarza Elçinoğlu