Forbes jurnalı ilk dəfə Eurochem və SUEK- in yaradıcısı Andrey Melniçenkonu Rusiyanın ən varlı adamı adlandırıb .

"Unikal" xəbər verir ki, nəşrin məlumatına görə, iş adamının sərvəti 25,2 milyard dollar qiymətləndirilir.

Ən zəngin ruslar siyahısında ikinci yerdə 23,7 milyard dollar sərvətlə Norilsk Nikel şirkətinin rəhbəri Vladimir Potanin , üçüncü yerdə 22,1 milyard dollarla NLMK direktorlar şurasının sədri Vladimir Lisin qərarlaşıb.

Rusiyanın ən varlı adamlarının ilk beşliyini "Novatek"in rəhbəri Leonid Mixelson (21,6 milyard dollar) və "Severstal"ın direktorlar şurasının sədri Aleksey Mordaşov (20,9 milyard dollar) tamamlayır.

Forbes-in məlumatına görə, Rusiya milyarderlərinin ümumi sərvəti il ​​ərzində 353 milyard dollardan 505 milyard dollara yüksəlib, onların sayı 2021-ci ildəki 123-dən 2023-cü ildə 110 nəfərə qədər azalıb.