Moskvada keçirilən görüşdən sonra Rusiya, İran, Suriya və Türkiyə nümayəndələri təmasları davam etdirmək barədə razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumat yayıb. 

“Aprelin 3-4-də Moskvada Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli məsləhətləşmələr keçirilib. Bu ölkələrin xarici əlaqələr idarələri rəhbərlərinin qarşıdan gələn görüşünə hazırlıq məsələləri müzakirə olunub.

İştirakçılar birbaşa və səmimi şəkildə öz yanaşmalarını açıqlayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər”, - məlumatda deyilir.