"Azərbaycan dünyada içməli sudan əziyyət çəkən ölkələrdən biridir. Bu problem ilbəil artır. Başa düşürəm ki, biz suyun qiymətini saxlaya bilməyəcəyik".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

"Şəhərdə gəzəndə avtoyuma yerlərində suyun şırıltı ilə getdiyini görürük. Yüz faiz orada sayğac yoxdur. Suyu elə buraxırlar ki, elə bil şəlalədir. Bir-iki aydan sonra su qıtlığını hiss edəcəyik".

Anar Kəlbiyev