Şuşada 20 ev istilik enerjisi ilə təchiz edilib.

"Unikal" xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev cümə axşamı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun 66-cı iclasında deyib.

Onun sözlərinə görə, bu gün Şuşada yeddi isidici qazanxana fəaliyyət göstərir.

"Şuşanın gələcək qazlaşdırılması istilik enerjisindən səmərəli istifadə etməyimizə imkan verəcək", - o deyib.

İ.Mirzəliyev əlavə edib ki, əvvəlki isitmə mövsümündə Şuşada 6 min Qkal istilik enerjisi istehsal olunub.