Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

"Unikal" erməni KİV-ə istinadla xəbət verir ki, tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər. Bu kontekstdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı son müzakirələrə istinad edilib. Prosesin döyüşkən ritorika olmadan və güc tətbiqi təhlükəsindən azad bir mühitdə davam etdirilməsi vurğulanıb.

Mirzoyan Ermənistan hərtərəfli nizamlanma məqsədilə mövcud əsas məsələlərin həllinə qarşılıqlı sadiqliyin və bu istiqamətdə beynəlxalq tərəfdaşların davamlı səylərinin davam etdirilməsinin vacibliyini bildirib. 

Ağarza Elçinoğlu