"Dünya getdikcə çoxqütblü hala gəldikdə, ABŞ Rusiya və Çinin uzun müddət təhlükəsizlik problemi yardacağını gözləyir".

"Unikal" xəbər veri ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley bildirib.

"Geosiyasi vəziyyət və əsaslı şəkildə dəyişir. Soyuq Müharibə dövründə cəmi iki böyük dövlət var idi. Berlin divarı yıxıldıqdan sonra ABŞ-ın yeganə supergüc olaraq qaldığı bir dövr oldu. Bu gün o, ən azı üç böyük gücün: ABŞ, Rusiya və Çinin olduğu çoxqütblü bir mühitdə olduğumuz getdikcə daha aydın olur”.

Bundan əlavə, amerikalı generalın fikrincə, bir çox başqa ölkələr dünya liderliyi ambisiyalarını bəyan edərək regionda lider mövqe tutmağa başlayırlar.
"Növbəti onillikdə bu barədə daha çox aydınlıq olacaq. Bununla belə, aydındır ki, biz beynəlxalq mühitdə daha ciddi çağırışlar dövrünə qədəm qoyuruq", - o əlavə edib.
Yüksək rütbəli hərbi məmur Çinin həm ABŞ, həm də qonşuları ilə qarşıdurma kursunda olduğuna əmin olduğunu bildirib. Generalın fikrincə, ÇXR on il ərzində Asiyada regional hegemon olmaq və bu əsrin ortalarında Amerika potensialını ötəcək hərbi potensial yaratmaq niyyətindədir.