Göygöldə binanın zirzəmisi çöküb.

"Unikal" xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən binada qeydə alınıb.

İlkin məlumata görə evdə təmir gedərkən çökmə zamanı 1 nəfər dağıntı altında qalıb. Hadisə yerinə Polis və digər qurumların əməkdaşları cəlb olunub. Hazırda xilasetmə  istiqamətində işlər gedir. Bir nəfərin dağıntı altında qalaraq öldüyü bildirilir.