Dövlət Sərhəd Xidmətinin avtomobili yanıb.
"Unikal" xəbər verir ki, yanğın hadisəsi gecə saatlarında Şəki şəhəri S.Müntaz küçəsində baş verib.
Yanğın yerinə Şəki rayon Yanğından Mühafizə Hissəsindən yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb olunub. Yanğın zamanı Dövlət Sərhəd Xidmətinə məxsus " UAZ" markalı avtomobilin yanar konstruksiyaları yanıb.
Seymur Əli