Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Azərbaycan prospekti ilə Nizami küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, kəsişmədə iki avtomobilin iştirakı ilə baş verən qəza zamanı avtomobillərdən biri aşıb. Avtomobil yaxınlıqdakı insanların köməyi ilə aşdığı yerdən qaldırılıb. Hadisə ilə bağlı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.