Göyçay şəhər sakini, 1958-ci il təvəllüdlü Ələsgərova Lətifə Mehdi qızının avqustun 15-də itkin düşməsi barədə Göyçay rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Unikal"ın məlumatına görə polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində 65 yaşlı qadının meyiti tapılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, Göyçayda yaşadığı evdən çıxaraq geri qayıtmayan Lətifə Ələsgərovanın bu gün axşam saatlarında Məlikkənd kəndi ərazisindəki su kanalından meyiti aşkar olunub. Onun özünə qəsd etdiyi ehtimal edilir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

xxx

20:25

Göyçay rayon sakini itkin düşüb.

"Unikal"ın məlumatına görə, Göyçay şəhər sakini, 1958-ci il təvəllüdlü Ələsgərova Lətifə Mehdi qızı avqustun 15-i səhər saatlarında yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Ailə üzvləri onun itkin düşməsi barədə Göyçay rayon Polis Şöbəsinə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, itkin düşən qadının tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.

Şahnəzər Bəşirov