Ağstafada baş verən qəzada 4 nəfər xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" ilə "VAZ 21011"markalı minik maşınları toqquşub.
Qəza zamanı 1968-ci il təvəllüdlü Könül Musayeva, 1965-ci il təvəllüldü Mehman Musayev, 1996-cı il təvəllüdlü Anar Əsgərov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov