Nigerdə ​​üsyançıların yaratdığı Vətəni Xilasetmə Milli Şurası Fransadan sentyabrın 3-dək qoşunlarını respublika ərazisindən çıxarmağı tələb edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi xatırladıb ki, Fransaya silahlı qüvvələrini ölkə ərazisindən çıxarmaq üçün 30 gün vaxt verilib. Bu müddət sentyabrın 3-də başa çatır.

Telekanal qeyd edir ki, Fransa hərbçilərinin respublikada olması Niger əhalisi arasında narazılığı artıtır. 

Ağarza Elçinoğlu