İngiltərə Premyer Liqasının nəhəngi "Mançester Yunayted" "Fənərbağça"nın və Türkiyə millisinin qapıçısı Altay Bayındırı heyətinə qatıb.
"Unikal" xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Açıqlamaya görə, "Mançester Yunayted" Altay ilə 2027-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.
25 yaşlı Altay Bayındır karyerası ərzində 166 oyun keçirib. O, ötən mövsüm "Fənərbaxça" ilə Türkiyə kubokunu qazanıb.
Ağarza Elçinoğlu