Danimarka hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Kopenhagendə keçirilən regional toplantısına gedən Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqayı ölkəyə buraxmayb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkənin Kopenhagendəki səfirliyinə istinadən məlumat yayıb.
"Kastrup hava limanında Salaqaya Danimarkaya giriş qadağan edilib", - səfirlikdən bildiriblər.
Diplomatlar Danimarka hökumətini ÜST-ə üzv ölkələrin rəsmi nümayəndələrinin Danimarkadakı tədbirlərə maneəsiz gəlişini təmin etmək öhdəliyini pozmaqda ittiham ediblər.
Səfirlikdən hadisə ilə bağlı Danimarka rəsmilərindən izahat tələb edəcəkləri bildirilib.