ABŞ-ın Türkiyədəki səfirliyi vətəndaşlara "gücləndirilmiş anti-Amerika fəaliyyətləri" səbəbindən "zorakılığın artması" təhlükəsi barədə xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti diplomatik missiyanın bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, Adanada konsulluq və İzmirdəki konsulluq qurumu bağlı qalacaq.
"Nümayişlər ABŞ-ın xarici siyasətini tənqid etməyə, ABŞ bizneslərini boykot etməyə çağırışlara, anti-Amerika ritorikasına və qraffitilərə, əmlaka ziyan vurmağa və bəzi ABŞ müəssisələrinin yerli işçilərinə xəsarət yetirməyə davam edir. Böyük yığıncaqlar polisin mövcudluğunun artması, yolların bağlanması və hərəkətin pozulması, istənilən, hətta dinc də olsa mitinq zorakılığın artmasına səbəb ola bilər”, - bəyanatda deyilir.
Bəyanatda qeyd olunub ki, “antiamerikan fəaliyyətin güclənməsi ilə əlaqədar olaraq Türkiyədəki Amerika dövlət qurumlarının əməkdaşlarına ictimai tədbirlərdə və hərəkatlarda iştirakını minimuma endirmək tövsiyə olunub”.
Səfirlik vətəndaşları "ABŞ və ya İsraillə açıq şəkildə əlaqəli yerlərdə ehtiyatlı və sayıq olmağa" çağırıb.
Noyabrın əvvəlində Türkiyənin Adana şəhərində polis Amerika hərbçilərinin də yerləşdiyi İncirlik hərbi bazasına girməyə cəhd edən nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. “Fələstinə Azadlıq Karvanı” adlı tədbir Türkiyənin “İnsan Haqları və Azadlıqları” (İHH) Humanitar Yardım Fondu tərəfindən təşkil olunub. İstanbuldan yola çıxan karvan İncirlik bazasına çatıb. Ona öz təşəbbüsü ilə və başqa şəhərlərdən gələn avtomobillər də qoşulurdu.