Xəbər verdiyimiz kimi, Moskvanın cənub-şərqində Krasnodarskaya küçəsində qətl törətməkdə şübhəli bilinən 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov hüquq-mühafizə orqanları tərəfindən federal axtarışa verilib.
"Unikal" xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları Şahin Abbasovun mənzilində axtarış zamanı külli miqdarda pul aşkar edib.
Müstəntiqlər 44 milyon rubl və 300 min dollardan çox pul tapıblar. Bu pulların haradan gəldiyi hələlik məlum deyil. Şübhəlinin atası və dostu saxlanılıb.
Abbasovun axtarışları davam etdirilir.
Gülayə Mecid