Ədalət naminə demək lazımdır ki, Ermənistanla Rusiya arasında münasibətlər, mən deyərdim ki, ən yüksək həddə deyil.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanına səfəri zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Rusiya münasibətlərindəki mövcud vəziyyətə toxunaraq bildirib.
“Əlbəttə, çətinliklər var və biz onları gizlədə bilmərik və gizlətmək də istəmirik. Ermənistan cəmiyyətində problemlər və suallar var.
Biz bu istiqamətdə işləyirik”, - deyə Mirzoyan bildirib.