Potsdam İqlimə Təsir Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi 2049-cu ilə qədər qlobal iqtisadiyyata ildə 38 trilyon dollara başa gələ bilər.
"Unikal" xəbər verir ki, bu barədə “Nature” jurnalı yazır.
Qeyd olunur ki, bu səbəbdən qlobal iqtisadiyyat 19% kiçilə bilər. İtkilərin qlobal istiləşmə sürətinin azaldılması ilə bağlı xərclərdən altı dəfə çox olduğu vurğulanır. Əsas təhlükə təbii fəlakətlərin - meşə yanğınları və qasırğaların daha tez-tez baş verməsidir.
Həmçinin, Afrika və Cənubi Asiya ölkələrinin iqlim dəyişikliyindən daha çox ciddi problemlərlə üzləşəcəyi bildirilir.