Pakistan hökuməti İran prezidenti İbrahim Rəisinin ölkəyə rəsmi səfəri münasibətilə İslamabadda yeni magistral yolun adını dəyişdirib. 

"Unikal" xəbər verir ki, bu barədə Pakistan KİV-ləri məlumat yayıb. 

"Federal hökumət on birinci prospektin adının İran prospekti olaraq dəyişdirilməsi barədə qərar qəbul edib", - deyə KİV-lərdən biri yazıb. 

Qeyd olunur ki, ölkə hakimiyyəti İran prezidentinin səfəri ərəfəsində müvafiq qərar qəbul edib.

Rəisinin Pakistana üç günlük səfəri bazar ertəsi başlayıb və bu səfər zamanı o, Pakistan prezidenti və baş naziri, həmçinin Senat sədri və Milli Assambleyanın sədri ilə görüşlər keçirəcək. İran prezidenti xanımı və bir sıra nazirlər, rəsmi şəxslər və işgüzar dairələrin nümayəndələrinin daxil olduğu yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə gəlib.

Gülayə Mecid