Ağstafada yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub. 

"Unikal" xəbər verir ki, ölən şəxs Goranboy rayon sakini 2005-ci il təvəllüdlü Murad Məmmədov, yaralananlar 2003-cü il təvəllüdlü Sənan Hüseynov, 2004-cü il təvəllüdlü Kamal Mikayılov, 2002-ci il təvəllüdlü Niyaməddin Hüseynovdur. 

*** 23:30

Ağstafada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21099" markalı minik maşını ağaca çırpılıb.

Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Tural Əhmədov