Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda niyə iştirak etmək istəmədiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransı zamanı deyib.
"Keçən il mayın 9-da Moskvada keçirilən tədbirdə iştirak etmişəm və hesab etmirəm ki, hər il iştirak etməliyəm. Mən belə bir təcrübəni belə xatırlamıram ki, hər il mayın 9-da keçirilən tədbirdə Ermənistan lideri iştirak etsin. Hər il 9 may paradında iştirak etmək bir az qəribə olardı", - Paşinyan bildirib.
Ağarza Elçinoğlu