Fransa millisinin hücumçusu Kilian Mbappe mövsümün sonunda Fransanın "Paris Sen-Jermen" futbol klubunu tərk edəcək.

"Unikal" xəbər verir ki, bu barədə futbolçu özünün "X" səhifəsində məlumat verib.

"Hər zaman demişəm ki, yeri gələndə sizə məlumat verəcəyəm. Bütün bunları sizə bildirmək istəyirəm ki, bu, PSJ-dəki son ilimdir. Müqaviləmi yeniləməyəcəyəm", - deyə Mbappe qeyd edib. 

Qeyd edək ki, Mbappenin 25 yaşı var və 2017-ci ilin yayından PSJ-də çıxış edir.